Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:24

Bənənyar məhbusu vəfat edib


Rza Nuriyev
AXCP Culfa rayon təşkilatının sədri, Bənənyar hadisələri zamanı həbs olunmuş Rza Nuriyev vəfat edib.

AXCP Naxçıvan təşkilatının sədri Asəf Quliyev AzadlıqRadiosuna bildirib ki, yanvar ayının 5-də haqqında 15 günlük həbs qətimkan tədbiri seçilən Rza Nuriyev bu hökmdən 17 gün sonra azadlığa buraxılıb.

Evində vəziyyəti pisləşən Nuriyev fevralın 23-də xəstəxanaya gəlib. Rza Nuriyev həbsdən sonra sinəsində ağrılardan şikayət edirdi.

Ötən il dekabrın 27-də Bənənyar kəndində polis Aşura mərasiminə müdaxilə edib. Mərasim iştirakçılarından bəziləri saxlanaraq polis şöbəsinə aparılıb. Kənd sakinlərindən Yunis Əliyev bütün bunlara etiraz olaraq polis şöbəsinin qarşısında özünü yandırıb. Sonradan kənddə Yunis Əliyevin vəfat etdiyi haqqında şayiələr yayılıb. Bundan sonra da kənd sakinləri polis şöbəsinin qarşısında etiraz aksiyası keçiriblər. Nəticədə daxili qoşunlar növbəti dəfə kəndə yeridilib.

Naxçıvanın Bakıdakı nümayəndəliyi isə bəyanat yayaraq Rza Nuriyevi silahlı dəstəyə rəhbərlik etməkdə, ruhi xəstə olan Yunis Əliyevi özünü yandırmağa təhrik etməkdə təqsirləndirib.

Nə Rza Nuriyev, nə də digər bənənyarlılara qarşı cinayət işi açılmayıb.

Asəf Quliyev deyir ki, Rza Nuriyevi fevralın 24-də Bənənyarda dəfn edəcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG