Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:02

Seçkiyə az qalmış qəzetlər təhqir iddiaları ilə məhkəməyə verilir


Fevralın 23-də Düşənbədə iki müstəqil qəzetə qarşı məhkəmə prosesi başlayıb. Onları məhkəmə sistemində korrupsiya barədə mətbuat konfransından verdikləri məlumatlara görə ittiham edirlər. Beynəlxalq insan haqları təşkilatları isə əslində indiki məhkəməni fevralın 28-də keçiriləcək parlament seçkisi ərəfəsində Tacikistanda söz azadlığına qarşı təzyiqlər hesab edirlər.

"Asia-Plus," "Farazh," and "Ozodagon" (“Azad insanlar”) adlı həftəlik qəzetlər yanvarın ortalarında ölkənin şimal şəhəri İsfarada 33 iş adamının həbsi və bu hadisəyə görə bəzi hakimlərin adları çəkilən korrupsiya barədə mətbuat konfransında məlumat yayıblar.
Hakimlər isə bu məlumatların yalan olduğunu bildirərərk qəzetlərdən 5.5 milyon somoni (1.26 milyon dollar) cərimə ödəməyi tələb edirlər.

İddia ilə çıxış edən hakimlərdən biri AzadliqRadiosunun Tacik xidmətinə müsahibəsində deyib ki, iddiasını Ali Məhkəmənin nümayəndəsi kimi deyil, adi vətəndaş kimi irəli sürüb.
Bugünkü iclas prosesə hazırlıq iclası olub.

Yanvarın sonunda məhkəmə “Paykon” (“Ox ucu”) həftəlik qəzetinin də 300 000 somoni (69 000 dollar) cərimələnməsi haqqında qərar çıxarıb. Qəzeti Tacikistana ərzaq ixrac edən Tacikstandart şirkəti məhkəməyə vermişdi.

Kənd Təsərrüfatı naziri da “Millat” qəzetini məhkəməyə verib. Nazir qəzetin onu təhqir etdiyini bilrirərərk redaksiyadan bir milyon somoni (təxminən 230 000 dollar) pul tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG