Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:59

Yeni ombudsman olmağa namizədlərin adları parlamentə göndərilib


Yeni ombudsman təyin edilməsi üçün namizədlərin adları parlamentə göndərilib. Üç namizəddən biri elə indiki ombudsman Elmira Süleymanovadır. Ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatsa da yeni adamın təyin edilməsinə qədər həmin vəzifəni icra edir. Ombudsman haqqında qanuna düzəlişlərdən sonra onun növbəti dəfə bu vəzifəyə namizədliyinin verilməsinə imkan yaranıb.

İkinci namizəd Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov, üçüncü namizəd isə isə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur.

Yeni ombudsmanın təsdiqi parlamentin fevralın 16-da keçiriləcək növbəti iclasında müzakirə edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG