Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:29

İranda həbsdə saxlanan 76 yaşlı alimin səhhəti pisləşir


1979-cu ilin İslam İnqilabından sonra Tehran Universitetinin ilk rəhbəri olmuş alim həbsdə saxlanır. Arvadının dediyinə görə onun səhhəti də getdikcə pisləşir.

Prostat xərçəngindən əziyyət çəkən 76 yaşlı Məhmməd Maliki keçən ilin avqustunda hökumət əleyhinə mitinqlərin birində saxlanıb. Həmin mitinqdə iyunun 12-də keçirilmiş prezident seçkisinin saxtalaşdırıldığı iddia edilirdi.

Arvadının bildirdiyinə görə hələlik alimə qarşı rəsmi ittiham elan edilməyib. O, səhhətinin həddən artıq pis olduğunu dediyi ərinə beynəlxalq təşkilatlardan kömək istəyib.

Maliki son illər ölkədə aparılan həbslərə görə İran hakimiyyətini tənqid edirdi. Alim İran şahı hakimiyyətdə olan zaman da həbs edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG