Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:55

«Rammstein» Belorusda qadağan edildi?


«Rammstein» rok qrupu
«Rammstein» rok qrupu
Belorusun Mənəviyyat Məsələləri üzrə İctimai Şurası Minskdə alman rok qrupu «Rammstein»in konsertinin qadağan olunması ilə bağlı qərar qəbul edib.
Qrupun konserti martın 7-nə planlaşdırılıbmış.

Bu haqda məlumatı Almaniyanın «Tagessiegel» qəzeti yayıb.

Şura bəyan edib ki, Rammstein «Belorus dövlətinin dəyərlərini dağıdır», qrupun mahnıları isə «zorakılıq, mazoxizm, homoseksuallığı və başqa pozğunluqları» təbliğ edir.

Şuranın üzvü Yazıçı Nikolay Çerqineç alman qrupunun səsyazılarını izləyərək qənaətə gəlib ki, «bu, heç bir çərçivəyə sığmır».

«Tagessiegel»in əməkdaşı Knut Kron qeyd edir ki, «Çerqineç ABŞ-la təəccübdoğuran həmrəylik nümayiş etdirib. ABŞ-da «Rammstein» qrupunun üzvləri həbsdə olublar».

«Ria-Novosti»nin məlumatına görə isə, «Rammstein» qrupunun konsertinin təşkilatçıları təminat veriblər ki, çıxış zamanı zorakılıq, qəddarlıq, pornoqrafik səhnələrin nümayişi olmayacaq.

«Rammstein» rok-qrupu 1994-cü ildən fəaliyyət göstərir. Almaniyada, eləcə də dünyada tanınmış brenddir. Əsasən almanca oxuyurlar. Repertuarı müxtəlif mövzuları əhatə edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG