Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:36

İran nüvə obyektini dağın içində tikir


İran yeni atom obyektlərini mümkün hücumlardan qorumaq üçün onları dağın içində tikməyi planlaşdırır. İranın nüvə enerjisi rəsmisi Əli Əkbər Saleyi «İSNA» agentliyinə müsahibəsində belə deyib.

Saleyi bildirib ki, iki zavodun tikintisi yeni Hicri ilindən - martın 21-dən başlayacaq.
Ümumilikdə İran rəhbərliyi 10 yeni zavod açmağı planlaşdırır. Obyektlərdən 5-nin yeri artıq seçilib.

ABŞ dövlət Departamentinin sözçüsü Filip Krouli deyib ki, İranın planları onun beynəlxalq ictimaiyyətlə əməkdaşlıqda maraqlı olmadığını göstərir.

Qərb İranın nüvə silahı hazırlayacağından ehtiyat edir. İran isə proqramının dinc məqsədli olduğunu bildirir.
XS
SM
MD
LG