Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:10
Qərb ölkələrində çox populyar qəhrəman olan Supermen haqqında ilk komikslər toplusu hərracda rekord qiymətə - 1 milyon dollara satılıb.

“Associated Press” xəbər verir ki, 1938-ci ildə buraxılan və üzərində avtomobili başı üzərinə qaldıran Supermenin təsvir olunduğöu toplu o vaxt 10 sentə satılırmış.

ComicConnect İnternet hərracı alıcının adını açıqlamır.

İndiyəcən yalnız 100 belə nüsxənin qaldığı güman edilir və buna görə də toplu kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir.

Keçən il Supermenin ilk toplusunun başqa bir nüsxəsi 317 min dollara satılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG