Keçid linkləri

2024, 02 İyun, bazar, Bakı vaxtı 00:56

Qarabağ əlillərinə ev verilir


Bu gün Lökbatanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən yaşayış binası istifadəyə verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunan binanın açılış mərasimində prezident İlham Əliyevin də iştirakı nəzərdə tutulub. Bu barədə məlumatı Nazirliyin mətbuat xidmətinin rəisi Elnur Kələntərli verib.

Onun sözlərinə görə, 9 mərtəbəli 81 mənzildən ibarət binanın tikintisinə 2007-ci ilin sonlarında başlanılıb. E.Kələntərli bildirdi ki, «Qaraçay» tikinti şirkəti tərəfindən müasir standartlara uyğun inşa olunan binanın 9 mənzili 3 otaqlı, 72 mənzilin isə iki otaqlıdır.

E.Kələntərli binanın tikintisinə ayrılan vəsait haqda dəqiq məlumatının olmadığını deyir.
XS
SM
MD
LG