Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:03

Türkiyədə yenə generalları tuturlar


Türkiyədə fevralın 22-də 40-dan çox hərbçi həbs olunub. Həbs olunanların arasında indiki və keçmiş ordu komandanları da var. Türkiyə mediasının verdiyi məlumatlara görə, həbs edilənlər 2003-cü ildə ölkədə hakimiyyəti verməyi planlaşdırıbmışlar.

Daha öncə “Ergenekon” şərti adı verilən qrupun çevriliş planlarından yazan media orqanlarının indi “Balyoz” adı verdiyi plana görə, məscidlərdə bomba partladılması, Türk hərbi təyyarəsinin qəzaya uğraması və AKP iqtidarını zəiflətmək üçün başqa təxribatlar da nəzərdə tutulduğu iddia edilir.

Həbs edilənlərlə bağlı açıqlama verən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, araşdırmalar başa çatmamış heç nə deyə bilməzlər.

Bu son həbslər onsuz da araları pis siyasi iqtidarla ordunun münasibətlərini lap gərginləşdiə bilər. Türkiyədə 1960-cı ildən 1997-ci ilə qədər 4 həbrbi çevriliş olub.

XS
SM
MD
LG