Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:06

Rusiya prezidenti Ramiz Abutalıbova medal verdi


Ramiz Abutalıbov Azadlıq Radiosunun müxbiri Aygün Muradxanlıya müsahibə verir.
Ramiz Abutalıbov Azadlıq Radiosunun müxbiri Aygün Muradxanlıya müsahibə verir.
Rusiya prezidenti Dmitri Medvedev Azərbaycandan olan ictimai xadim, “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti idarə heyətinin üzvü Ramiz Abutalıbovu mədəniyyətin və incəsənətin inkişafına töhfəyə görə “Puşkin medalı” ilə təltif edib. (AzərTAc)

Ramiz Abutalıbov uzun müddət Parisdə, YUNESKO-nun katibliyində işləmiş, ötən əsrin əvvəllərində, vətəndaş müharibəsindən sonra xaricə aparılmış maddi-mədəni dəyərlərin Azərbaycan və Rusiyaya qaytarılmasına kömək edib.

Məşhur rus rəssamları İvan Ayvazovskinin və Filipp Malyavinin rəsmləri, görkəmli rus yazıçısı İvan Buninin məktubları, ötən əsrin 30-cu illərində Parisdə dərc edilmiş qəzet və jurnalların nadir nüsxələri, Paris arxivlərindən və şəxsi kolleksiyalardan indiyədək məlum olmayan materiallar Sovet, sonralar isə Rusiya Mədəniyyət Fonduna qaytarılıb.

Bir çox rus və Azərbaycan mühacirləri öz şəxsi arxivlərini və qiymətli əşyalarını SSRİ-yə göndərməyi yalnız ona etibar edirdilər.

Bu gün ona verilən şəkillər, xalçalar, kitablar, sənədlər, Dövlət Tarix Muzeyində (Moskva), Qara Dəniz Donanması muzeyində (Sevastopol), Marina Svetayeva muzeyində (Moskva), Rusiya Mədəniyyət Fondunda, Azərbaycan Dövlət Arxivində, Azərbaycan Müstəqillik, Təsviri sənət, Ədəbiyyat, Xalçaçılıq və s. muzeylərində saxlanılır.

R.Abutalıbov həm də Fransa “Fəxri legion” ordeninin sahibidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG