Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:10

«Bizim cəmiyyətimizdə milli azlıqlara qarşı qorxu var»


Arif Yunus
«Bizim cəmiyyətimizdə milli azlıqlara qarşı qorxu var». Konfliktoloq Arif Yunus «İşdən sonra»da belə deyib. O bildirib ki, Azərbaycanda milli azlıqlara bağlı xüsusi qanun yoxdur. Yeganə sənəd 1992-ci ildə qəbul edilmiş prezidentin fərmanıdır:

«Bu gün söhbət yalnız Azərbaycan rəsmilərinin mövqeyindən getmir. Bizim cəmiyyətimizdə milli azlıqlara qarşı qorxu var».

Verilişin digər qonağı Dünya Azərbaycanlıları Konqresinin sözçüsü Əlirza Amanbəyli isə iranlı azərbaycanlıların dilləri uğrunda apardıqları mübarizədən danışıb:

- Soydaşlarımız ana dili də daxil olmaqla milli haqlarını tələb etmək üçün neçə illərdir ki, mübarizə aparırlar. Təəssüflər olsun ki, beynəlxalq insan haqları təşkilatları bu məsələ ilə bağlı ciddi addımlar atmırlar. İranda təkcə türklər deyil, digər azlıqlar da öz dillərində təhsil almaq hüququndan məhrumdurlar.

Əlirza Amanbəyli
Lent.az portalının şərhçisi Sədrəddin Soltan isə deyib ki, İran hakimiyyəti Azərbaycandakı bir sıra etnik qrupların bəzi nümayəndələrindən istifadə edir:

- Bir sıra hallarda etnik azlıqlar aparıcı etnosların onlar üçün yaratdığı şəraitdən sıxılır. Etnosa elə bir şərait yaradılmalıdır ki, onlar Azərbaycanı özlərinin vətəni bilsinlər. Əks halda İran hakimiyyəti Azərbaycanda bir sıra etnik qrupların bəzi nümayəndələrini özünə çəkərək onlardan istifadə edir, onlar üçün saxta tarixlər yazır.

Qonaqların fikrincə, Novruzəli Məmmədov kim idi, satqın yoxsa mübariz?
Azərbaycanda yaşayan etnosların hansı problemləri var?

AUDİONU DİNLƏYİN.

Şərhləri göstər

XS
SM
MD
LG