Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:42

Lufthanza 100 milyon avro itirə bilər


Lufthanza aviaşirkəti pilotların tətil aksiyasını dayandırmaq tələbiylə məhkəməyə müraciət edib.

Bazar ertəsi Almaniyanın təyyarə pilotlarının həmkarlar ittifaqı 4 günlük tətil élan eləyərək işi dayandırmışdılar.

Həmkarlar ittifaqı Lufthanzanın böhranla əlaqədar yerli pilotları ixtisar edib, əvəzində daha ucuz maaşa işləməyə razı olan xarici işçilər dəvət eləmək planlarına qarşı çıxır, iş yerlərinin qorunacağı təminatı istəyir və maaşların artırılmasını tələb edirlər.

YENİ DANIŞIQLAR BAŞLAYIB

Bu gün Lufthanza rəhbərliyi ilə həmkarlar yenidən danışıqlara başlayıblar. Bu müddət ərzində pilotlar işə çıxsa da, həmkarların nümayəndəsi bəyan edib ki, danışıqlar nəticə verməsə martın 1-dən yeni tətil başlayacaq.

Birgünlük tətil Lufthanzanın yüzlərlə uçuşunun təxirə salınması ilə nəticələnib. Tətil bərpa olunarsa, Lüfthanzanın 100 milyon avro ziyana düşəcəyi proqnozlaşdırılır.


TƏTİL BAKIYA UÇUŞLARA TƏSİR ETMİR

Avropanın nəhəng aviaşirkətlərindən olan «Lüfthansa»nın pilotlarının tətili onun Bakı marşrutu ilə uçan təyyarələrinin cədvəlinə təsir etməyib.

«Azal»ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli AzadlıqRadiosuna deyib ki, «Lüfthansa»nın Aşqabad-Bakı-Frankfurt reysi ilə uçan təyyarəsi fevralın 22-si Bakı vaxtı ilə saat 6:11-də Heydər Əliyev adına hava limanına enib, 7:26-da yenidən havaya qalxıb. Təyyarə 12:11-də Frankfurt şəhərinə enib.

Məhərrəm Səfərli deyir ki, «Lüfthansa»nın reysləri 1-3-5 –ci günlər Aşqabad-Bakı-Frankfurt, 2-4-7-ci günlər isə Frankfurt-Bakı-Aşqabad üzrə həyata keçirilir. Həftənin ilk günü uçuşlar ənənəvi qaydası ilə davam edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG