Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:42

Avropa Bİrliyi Yunanıstana 1 avro da yardım etməyəcək


Avropa Birliyi (AB) Yunanıstana bir avro da yardım eləməyəcək. Avropa Komissiyasının sözçüsü Amadeu Altafay Almaniyada, “Şpigel” jurnalında çıxan “25 milyon avroluq yardım paketi” xəbəriylə bağlı belə deyib. Avrokomissiya sözçüsünün sözlərinə görə, AB-nin Yunanıstana yardım planı heç əvvəldən də olmayıb, çünki, Yunanıstan yaranan böhranla mübarizə üçün bir avro da istəməyib.

“Şpigel” jurnalının yaydığı məlumatda isə, Almaniya Maliyyə nazirliyinin böhranla üzləşən Yunanıstana yardım edəcəyi bildirildirdi.
XS
SM
MD
LG