Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:03

ABŞ Əfqanıstanda minə yaxın gürcü əsgərinin olmasını yüksək qiymətləndirir


Gürcüstanın Əfqanıstana 1000-ə yaxın əsgərini göndərməsi təqdirəlayiqdir və ABŞ bunu çox yüksək qiymətləndirir. ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbruk fevralın 22-də Tbilisidə belə deyib. Tbilisi yaxınlığındakı hərbi bazada çıxışı zamanı Holbruk vurğulayıb ki, ABŞ gürcü əsgərlərinin döyüş əməliyyatlarınd aiştirakdan imtina etməməsini xüsusilə təqdirəlayiq sayır.

Gürcüstanın hazırda Əfqanıstanda 170 hərbçisi xidmət edir, daha 800 əsgər də bu yaxınlarda Helmand əyalətinə göndəriləcək.
XS
SM
MD
LG