Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:33

Tətil «Lüfthansa»nın Bakı marşrutu ilə uçan təyyarələrinin cədvəlinə təsir etməyib


Avropanın nəhəng aviaşirkətlərindən olan «Lüfthansa»nın pilotlarının tətili onun Bakı marşrutu ilə uçan təyyarələrinin cədvəlinə təsir etməyib.

«Azal»ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli AzadlıqRadiosuna deyib ki, «Lüfthansa»nın Aşqabad-Bakı-Frankfurt reysi ilə uçan təyyarəsi fevralın 22-si Bakı vaxtı ilə saat 6:11-də Heydər Əliyev adına hava limanına enib, 7:26-da yenidən havaya qalxıb. Təyyarə 12:11-də Frankfurt şəhərinə enib.

Məhərrəm Səfərli deyir ki, «Lüfthansa»nın reysləri 1-3-5 –ci günlər Aşqabad-Bakı-Frankfurt, 2-4-7-ci günlər isə Frankfurt-Bakı-Aşqabad üzrə həyata keçirilir. Həftənin ilk günü uçuşlar ənənəvi qaydası ilə davam edib.

Fevralın 22-də «Lüfthansa»nın 4 minə qədər pilotu əmək haqlarının qaldırılması və ixtisara salınmayacaqlarına təminat tələbi ilə 4 günlük tətilə başlayıblar.

Bu tətillə əlaqədar şirkətin gündə 800, ümumilikdə isə 320 uçuşunun gerçəkləşməyəcəyi gözlənilir. Bu müddət ərzində «Lüfthansa»ya 100 milyon avro zərər dəyəcəyi ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG