Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:20

«Qış bağı» salınacaq ərazinin sakinlərindən 6 nəfər saxlanılıb


Sakinlər Prezident Administrasiyasının qarşısında, 20 fevral 2010

21-ci polis bölməsinin rəis müavini Vüqar Ağalarov AzadlıqRadiosuna deyib ki, saxlananlar 4 nəfər olub. Aksiyaçılara xəbərdarlıq edildikdən sonra onların hamısı sərbəst buraxılıb.

***
«Qış bağı» salınacaq ərazinin sakinlərindən 6 nəfər saxlanılıb.

Onlar Nəsimi rayon polis idarəsinin 21-ci və 22-ci polis bölmələrinə aparılıblar.

Polislə saxlananlar arasında qarşıdurmaya səbəb vətəndaşların polis xəbərdarlığına məhəl qoymadan ərazidə toplaşmağıdır.

Nəsimi rayon 22-ci polis bölməsindən AzadliqRadiosuna bildirdilər ki, hazırda bölmədə heç kəs yoxdur, ora gətirilənlər sonradan 21-ci bölməyə aparılıb.

Nəsimi rayon 21-ci polis bölməsi ilə hələlik əlaqə saxlamaq mümkün olmayıb.

Saxlananlar 3 kişi, 3 qadındır.

Bakının mərkəzində-Heydər Əliyev adına Sarayın arxasında Bakı şəhər İcra Hakimiyyəti «Qış bağı» salır. Həmin ərazidə yaşayan əhalinin bir hissəsi köçürülüb. Köçürülməkdə olan digər sakinlər isə onlara təklif olunan 1500 dollarla razılaşmırlar. Deyirlər ki, hökumət ərazidən köçürüləcək sakinlərə daha artıq pul ayırıb, ancaq məmurlar bu pulu ödəmək istəmirlər.

Sakinlər evlərinin hər kvadrat metrinə 5 min manat tələb edirlər.
XS
SM
MD
LG