Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:06

Tətilə görə bu gün “Lufthansa” 800 reysini təxirə salıb


Avropanın ən böyük aviaşirkəti olan “Lufthansa” bu gün 800 reysini təxirə salıb. Bununla da təxminən 10 min sərnişin uçuş planlarını dəyişməli olub.

“Lufthansa”nın 4 minə qədər pilotu 4 günlük tətilə başlayıb. Onlar əmək haqlarının qaldırılmasını tələb edirlər, ixtisar edilməyəcəklərinə təminat istəyirlər.

Tətillə bağlı şirkətin gündə təxminən 800 uçuşu, ümumilikdə isə 3200 uçuşu həyata keçirə bilməyəcəyi gözlənilir.

“Lufthansa” 4 günlük tətil nəticəsində şirkətin maliyyə itkisinin 100 milyon avro məbləğində qiymətləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG