Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:29

Əfqanıstanda 19 dinc sakin öldürülüb


Əfqanıstanda NATO qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində azı 19 nəfər dinc sakin həlak olub.

NATO komandanlığı bildirib ki, dünən Əfqanıstanın cənubundakı Uruzqan əyalətində silahlıların olduğu güman edilən avtobusa hava zərbəsi endirilib. Sonradan biliblər ki, maşında uşaqlar və qadınlar olub.

Uruzqan əyalətinin rəhbəri Amanulla Hotaki 19 nəfərin öldüyünü təsdiqləyib. Əfqanıstanın daxili işlər naziri isə 27 nəfərin öldürüldüyünü deyib. Nazir maşında olan 42 nəfərin hamısının dinc sakinlər olduğunu bildirmişdi.

Hadisəylə bağlı Əfqanıstan hökuməti və NATO komandanlığı birgə araşdırmaya başlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG