Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:40

«Səhranın bəyaz günəşi»nin rejissoru vəfat edib


Tanınmış kinorejissor Vladimir Motıl fevralın 21-i axşam 83 yaşında dünyasını dəyişib.
Rejissor fevralın 5-də Moskvada xəstəxanaya yerləşdirilmişdi.
«Ria-Novosti»nin məlumatına görə, evində tək yaşayan Motıl huşunu itirərək yıxılıb və bel sümüyünü sındırıbmış. Xəstəxanada onun pnevmoniyada da əziyyət çəkdiyi aşkarlanıb.
SSRİ xalq artisti Vladimir Motıl 1927-ci il iyunun 26-da doğulub.
O, «Səhranın bəyaz günəşi», «Jenya, Jeneçka və Katyuşa», «Məftunedici xoşbəxtliyin ulduzu» kimi populyar filmlərin rejissoru olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG