Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:47
Hindistan əsilli Britaniya yazıçısı Salman Rüşdi dünyada ən nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatlarından sayılan “Amnesty International”ı kəskin tənqid edib. (Times)

Yazıçı terrorda şübhəli bilinən keçmiş Quantanamo məhbusları ilə əməkdaşlıq etdiyi üçün “Amnesty International”ı “mənəvi cəhətdən müflis olmuş” təşkilat adlandırıb.

Rüşdi deyib ki, təşkilat Britaniyadan olan keçmiş Quantanamo məhbusu Moazzam Beq və onun “Cageprisoners” təşkilatı ilə əməkdaşlıq etməklə öz nüfuzuna böyük zərbə vurub.

Bu ayın əvvəli “Amnesty International”ın yüksək vəzifəli təmsilçisi Gita Sahqal təşkilatın Beqlə əlaqələrini tənqid etdiyi üçün işdən çıxarılmışdı.

Rüşdi təşkilatın son addımları ilə bağlı bunları deyib:

“Kifayət qədər aydın şəkildə görünür ki, “Amnesty International”ın rəhbərliyi mənəvi müflislikdən əziyyət çəkir və düzü əyridən ayırmaq qabiliyyətini itirib”.

Times xatırladır ki, 20 il qabaq İranın ali dini lideri Ayətulla Xomeyni "Şeytan ayələri" romanına görə Rüşdinin ölümünə fitva verərkən “Amnesty International” yazıçını müdafiə etmişdi.

Quantanamo həbsxanasında olarkən Moazzam Beq hər hansı terrorçuluq ittihamı ilə məhkum edilməyib.

Amma Gita Sahqal hesab edir ki, həmin adamın Əfqanıstanda terror aksiyaları törədən Taliban hərəkatına rəğbət bəsləməsi, ekstremist ədəbiyyat yayması məlumdur və “Amnesty International” bunu nəzər almalı idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG