Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Yüklər və sərnişinlər haqqında suallar


Sual: Xahis edirem izah edesiniz ki, gabarit yuklerin dasinmasi zamani bu yuklerin yuk masinlarindan ne geder kenere cixmasina icaze verilir. Yeni meselen 12 metrlik kamazla yuk apaparken kamazin yan ve arxa tereflerinden yukun ne geder kenara cixmasina icaze verilir?

Cavab: «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 57-cu maddəsinin V-ci hissəsinin tələbinə müvafiq olaraq yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən—qabaq işığının xarici kənarından 1(bir) metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda «İri qabaritli yük» tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa qabaq tərəfdən ağ işıq fənəri və ya işıqaytarıcı ilə, arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır.

***

Sual: Salam, Manim qohumum Rusiyada yashayir va 2106 markali mashini var (Rusiya nomrasi ila). Bazan ona qoshqu (pritsep) qoshur va Rusiya arazisinda B kateqoriyasi ila idara edir.Qoshqunun butun sanadlari va texniki qeydiyyati var. Indi qohumum Azarbaycana qoshqu ila galmak istayir. Azrabaycanda oldugu muddatda oz mashinini qoshqu ila B kateqoriyasi ila idara eda bilarmi?Xahish ediram bu suala atrafli caba verasiniz.Avvalcadan tashakkur ediram. Sanan

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, müvafiq qanunvericiliyə uyğun olaraq «B» kateqoriyasına aid olan nəqliyyat vasitələri sürücülərinə həmçinin bu kateqoriyaya aid olan nəqliyyat vasitələrini tam kütləsi 750kq-dan artıq olmayan qoşqularla birlikdə idarə etməyə icazə verilir.


***

Sual: Xahiş edirəm deyəsiz, əgər sürücünün yanında əyləşən sərnişin təhlükəsizlik kəmərini bağlamayıbsa buna görə cərimə düşürmü və cərimənin məbləği nə qədərdir? Bundan başqa, buna görə kim məsuliyyət daşıyır, sürücü, yoxsa sərnişin özü?

Cavab:
«Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq sürücü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərində kəməri bağlamasını təmin etməlidir. Bununla bağlı bildirmək istəyirik ki, İXM-nin 153.2 maddəsinə müvafiq olaraq sərnişinlər tərəfindən təhlükəsizlik kəmərinin bağlanmamasına görə 6-10 manat miqdarında cərimə nəzərtə tutulmuşdur. Bu cərimə sərnişin tərəfindən ödənilir.

***

Sual:
mənim sənədlərimi Qubada alıblar arxa oturacaqda 4 adam agardığıma görə.Mən nə qədər cərimə ödəməliyəm?Sənədlərim nə vaxt gələcək və məni xəbərdar edəcəklərmi?Yoxsa mən tez-tez soraqlaşım?

Cavab: sərnişindaşıma qaydalarının pozulmasına görə İXM-nin 151.2 maddəsinə müvafiq olaraq 20-40 manata miqdarında cərimə nəzərtə tutulmuşdur.
XS
SM
MD
LG