Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:06

Texniki baxış barədə suallar


Sual: Salam,xahiş edirəm mənə deyə bilərsinizmi 1sm3 motorun texniki baxışının qiyməti neçəyədir?

Cavab:
15 dekabr 2006-cı il tarixdə qəbul olunmuş «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» və 28 noyabr 2006-cı ıl tarixdə qəbul olunmuş «Dövlət Rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanunlarının 2007-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqadar olaraq texniki baxış zamanı aşağıdakı vergi və rüsumlar ödənməlidir.

1) Yol Vergisi:

-mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1 qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat + mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik

-Avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri üçün hər kub sm-ə görə - 2qəpik

2) Dövlət rüsumu:

-Avtonəqliyyat vasitələri üçün - 10 manat

-Motonəqliyyat vasitələri, qoşqular və yarımqoşqular üçün - 5 manat


***

Sual: Avtomabilin qabağını qaldırmağa niyə icazə verilmir?

Cavab: «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun və qüvvədə olan digər normativ sənədlərin tələblərinə əsasən nəqliyyat vasitəsinin texniki göstəriciləri və tələbləri istesalçı zavodun təyin etdiyi şərtlərə uyğun olmalıdır. Qeyd etdiyiniz avadanlıqlaşdırma istehsalçı zavodun tələblərinə tam uyğun olmadığı və hərəkət zamanı təhlükəsizlik tələbləri pozulduğu üçün belə quraşdırmalara icazə verilmir.

***

Sual: Avtomobilin matoru dəyişdirilibsə və köhnə mator nömrəsi yeniyə qaynaq edilibsə qeydiyyata salınanda da gizlədilibsə, bunu cəzası nədir? O avtomobili idarə etməyə satmağa icazə varmı?

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, mühərrikin dəyişdirilməsi ilə bağlı qanunsuzluğa yol verdiyiniz hallarda DYP əməkdaşları tərəfindən müvafiq akt tərtib edərək materialın araşdırılması üçün istentaq orqanlarına təhvil verilir. Məsuliyyəti də həmin orqanlar müəyyən edir.

***

Sual:
Mənim atamın 1983 cü il istehsalı olan 06 "Jiquli" markalı maşını 1997 cı ildən istifadə olunmur. Avtomobilin Tex talonu ve köhnə nömreleri var. Maşını təmir edib sənədlərini yeniləmək istəyirik.Bunun üçün ne etmək lazımdır. Əvvəlcədən minnətdaram.

Cavab: avtomobilinizi təmir etdirib texniki cəhətdən saz vəziyətə gətirdikdən sonra pasrort qeydiyyatında olduğunuz ərazi üzrə Qeydiyyat-imtahan məntəqəsinə müraciət edərək avtomobilinizə milli nümunəli qeydiyyat şəadətmaməsi və dövlət qeydiyyat nişanı ala bilərsiniz.
XS
SM
MD
LG