Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:13

Təhlükəsizlik kəməri haqqında suallar


Sual: Şəhər içində kəmər taxmaq nə üçün lazımdır?

Cavab: hər bir halda təhlükəsizlik kəmərindən istifadə edilməlidir.
Azərbaycan Respublikası «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəməri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemin düymələməsini təmin etməlidir.

***

Sual: Sərnişinin təhlükəsizlik kəmərini bağlamamasına görə sürücünü inzibati xətalar məcəlləsinin 151.1 maddəsi ilə cərimə ediblər. Bu düzdürmü? Buna görə men məsuliyyət daşıyırammı? Əvvəlcədən sizə öz dərin təşəkkürlərimi bildirirəm.

Cavab: «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq sürücü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərində kəməri bağlamasını təmin etməlidir.

***

Sual:
Xahiş edirəm deyəsiz, əgər sürücünün yanında əyləşən sərnişin təhlükəsizlik kəmərini bağlamayıbsa buna görə cərimə düşürmü və cərimənin məbləği nə qədərdir? Bundan başqa, buna görə kim məsuliyyət daşıyır, sürücü, yoxsa sərnişin özü?

Cavab:
«Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq sürücü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərində kəməri bağlamasını təmin etməlidir. Bununla bağlı bildirmək istəyirik ki, İXM-nin 153.2 maddəsinə müvafiq olaraq sərnişinlər tərəfindən təhlükəsizlik kəmərinin bağlanmamasına görə 6-10 manat miqdarında cərimə nəzərtə tutulmuşdur. Bu cərimə sərnişin tərəfindən ödənilir.
XS
SM
MD
LG