Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

Kreditlə alınmış maşınlar haqqında


Sual: Hormetli DYP Menim avtomobilim bank krediti ile alinmishdir. Kredit odenilib qurtarib , ve men avtomobilimi girovdan cixartmaq isteyirem. Men bankdan odeme mektubu almisham. Xahish edirem meni avtomobili girovdan cixartma proseduruynan melumatlandirasiniz.

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, müvafiq qanunvericiliyə uyğun olaraq kredit ödənilib qurtardıqdan sonra Bank tərəfindən kreditin ödənilib qurtarması barədə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə xüsusi məktub təqdim olunduqdan sonra Siz ərizə ilə müraciət edərək avtomobilinizi kirovdan çıxarda bilərsiniz

***

Sual: kredita masin alan zaman DYP -de ne qeder rusum verilmalidi ?

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumlarının dərəcələri aşağıdakı kimi müəyyən olunmuşdur.

  • dövlət qeydiyyat (o, cümlədən tranzit) nişanları üçün - 18 manat
  • qeydiyyat şəhadətnaməsi üçün - 15 manat

Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:
  • avtonəqliyyat vasitələri üçün - 10 manat;
  • motonəqliyyat vasitələri, qoşqular və yarımqoşqular üçün - 5 manat.
  • Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsihaqqındamüqavilələrin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına görə - 20 manat
  • Eyni zamanda bildiririk ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq, nəqliyyat vasitəsi qirova qoyulduqda girovun dövlət qeydiyyatına alınması üçün- 8 manat (maddə 26.3), qirovun əlavə qeydiyyata alınması üçün - 10 manat məbləğində dövlət rüsumu tutulur.
  • Eyni zamanda avtomobillərin alqı-satqı müqaviləsi ilə sənədləşdirilməsi zamanı onun texniki baxışdan keçirilməsi təmin olunmaqla mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat + mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur.
XS
SM
MD
LG