Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:37

İtən sənədləri necə bərpa etmək haqqında suallar


Sual: Mənə məxsus avtomobilin dövlət nömrə nişanlarından biri itmişdir. Yenisini alana qədər mən avtomobilimi idarə edə bilərəmmi? Əgər idarə edə bilərəmsə YPX-dən mənə bu barədə sənəd verməlidilərmi?

Cavab: Sizin sorğunuza cavab olaraq bildiririk ki, avtomobilin dövlət qeydiyyat nişanı itirildiyi halda pasport qeydiyatinda olduğunuz ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat İmtahan məntəqəsinə müraciət etməlisiniz.

***

Sual: Xahiş edirəm sürücülük vəsiqəsinin itirilməsiylə əlaqədar yenisinin alınması barədə ətraflı məlumat verəsiniz:

1 - Yenisinin alınmasıyla əlaqədar ərizə hansı formada yazılmalıdır, kimin adına yazılmalıdır?
2 - Hansı sənədlər lazımdır?
3 - İtirilmiş sürücülük vəsiqəsinin cəriməsi nə qədərdir?
4 - Sürücülük vəsiqəsi neçə günə verilir?

Cavab: Sizin sorğunuza cavab olaraq bildiririk ki, sürücülük vəsiqəsini itirdiyiniz halda yaşadığınız ərazi üzrə (pasport qeydiyyatında olduğu ərazi üzrə) Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrinə müraciət edə bilərsiniz.
Sürücülük vəsiqənizi itirdiyiniz halda dublikatı almaq üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri və rüsumları ödəməlisiniz:
  1. yaşadığınız ərazi üzrə (pasport qeydiyyatında olduğu ərazi üzrə) DYP-dən arayış;
  2. yaşadığınız ərazi üzrə (pasport qeydiyyatında olduğu ərazi üzrə) Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqələrində sürücülük hüququndan məhrum olub-olmaması barədə arayış;
  3. «Sürücülərin Tibbi Müayinə Mərkəzindən» keçmə haqqında tibbi arayış;
  4. şəxsiyyət vəsiqəsi;
  5. sürücülük vəsiqəsinin əsası;
Sürücülük vəsiqəsi blankının dəyəri 16 manatdır.

Sürücülük vəsiqəsini itirdiyinizə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 154.4-cü maddəsinə müvafiq olaraq 30-40 manat miqdarda cərimə nəzərdə tutulur.

***

Sual: Mən dünən sürücülük vəsiqəmi və maşının tex pasportunu itirmişəm. Neynəyə bilərəm?

Cavab: Sizin sorğuya cavab olaraq bildiririk ki, sürücülük vəsiqəsini itirdiyiniz halda yaşadığınız ərazi üzrə (pasport qeydiyyatında olduğu ərazi üzrə), qeydiyyat şəhadətnaməsini itirdiyiniz halda isə avtomobilinizin qeydiyyatında olduğu ərazi üzrə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan məntəqəsinə müraciət edə bilərsiniz.

***

Sual: İtmiş qeydiyyat nişanlarının əvəzinə yenisini necə almaq olar?

Cavab: Nəqliyyat vasitəsinin itmiş qeydiyyat nişanlarının əvəzinə yenisini almaq üçün DİN BDYPİ-nin Avtonəqliyyat Vasitələrinin Axtarışı Şöbəsindən arayış, nəqliyyat vasitəsini və onun sahibinin şəxsiyyət vəsiqəsini təqdim etməklə ərazi üzrə Qeydiyyat İmtahan Şöbəsinə müraciət etmək lazımdır.
XS
SM
MD
LG