Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:53

İçki haqqında suallar


Sual: Avtomabilin sahibi sərxoş olarsa avtomabili sürücülük vəsiqəsi olan şəxs idarə edə bilərmi. (avtomabilin sahibi yanında omaq şərti ilə)

Cavab: avtomobilin sahibi sərxoş olduqda avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan digər şəxs (avtomobilin sahibi yanında olmaq şərti ilə) idarə edə bilər.

***

Sual: Avtomobil surulmediyi halda, yani parkovka veziyyetinde oldugda Inspektor: Qurbanov Murad (qeydiyat nisani 0497) surucuden sened istemeyi ve sonra senedlerin gaydada oldugunu aydin eliyennen sonra masinin yiyesini serxos oldugunnan sonra masini cerime meydancasina aparmagini ganunsuzdurmu?

Cavab: «Yol hərəkəti haqqında» Qanunun 53-cü maddəsinin II bəndində qeyd olunur ki, yol hərəkətinin təhlükəsizliyini təmin etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması qadağandır. Buna görə YPX inspektoru nəqliyyat vasitələrinə yaxınlaşıb, həmin qanunun 85-ci maddəsinin 8-ci bəndinə görə şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir.
XS
SM
MD
LG