Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:15

Ekologiya yoxlamaları haqqında suallar


Sual: CO qaz norması normativdən artıqdırsa onun cəriməsi nəqədərdir?

Cavab: Sizin Baş DYP İdarəsinə ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinə əsasən hər bir sürücü yol hərəkəti qaydalarına riayyət etməli, bu Qanunun yol hərəkəti təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.

Qeyd etdiyiniz qayda pozuntusuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 155.2.1 maddəsinə görə 20-30 manat miqdarında cərimə nəzərdə tutulmuşdur.

**

Sual: Yazıb sizdən xahiş edirəm ki, mənə co-nun və karbohidrogen normadan artıq yəni 3.5% artıq olarsa mənim ödəyəcəyim cərimə neçə manat olmalıdır? Məndən 37 manat pul istəyirler.

Cavab: Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozulmasına görə İXM-nin 155.2 maddəsinə müvafiq olaraq 20-30 manat miqdarında cərimə nəzərdə tutulmuşdur.

**

Sual: CO qaz norması nə qədər olmalıdı və bu barədə harda yazılı şəkildə məlmat var?

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, Standartlaşdırma Metrologiya və Sertifikasiya üzrə dövlətlər arası Şura tərəfindən 12 noyabr 1998-ci ildə qəbul olunan və 01.01.2000-ci ildə qüvvəyə minmiş DÜİST-17.2.2.03-87 nömrəli standartına uyğun olaraq benzin mühərrikli avtomobillərin işlənmiş qazlarında CO-nun və karbohidrogenlərin miqdarı 3,5%-dən artıq olmamalıdır.
XS
SM
MD
LG