Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:58

SƏRNİŞİNİN VƏ YOLA ÇIXAN BAŞQA ADAMLARIN MƏSULİYYƏTİ


İnzibati Xətalar Məclləsindən çıxarış

Sərnişinlərin məsuliyyəti


153.2. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər-hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmağa görə - 3.3 manatdan 5.5. manata qədər cərimə edilir.

Velosiped və mapet idarə edən şəxslərin məsuliyyəti

153.3. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.3.1. svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsinə;

153.3.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;

153.3.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

153.3.4. sükanı tutmadan idarə edilməsinə;

153.3.5. nasaz, müəyyən olunmuş qaydada təhciz edilmədən velosipeddən istifadə etməyə;

153.3.6. piyadaların hərəkətinə maneə yaradılmasına;

153.3.7. üstün hərəkət keçidi olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə - 3.3 manatdan 5.5 manata qədər cərimə edilir.

At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürənlərin məsuliyyəti

153.4. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürənlər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.4.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına;

153.4.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarda ötürülməsinə;

153.4.3. işıq əks etdirən qurğularla təhciz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;

153.4.4. at arabalarını (kirşəni) idarə edərkən svetofor və ya nizamlayıcının işarələrinə, habelə yol nişanları və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;

153.4.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarının, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə - 3.3 manatdan 5.5 manata qədər cərimə edilir.

153.5. Bu Məcəllənin 153.1-153.4.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr və ya güclü tə'sir göstərən digər maddələrin istifadə edilməsindən sərxoş vəziyyətdə törədilməsinə görə - 5.5 manatdan 11 manata qədər cərimə edilir.

153.6. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - 22 manatdan 27.5 manata qədər cərimə edilir.

153.7. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - 16.5 manatdan 27.5 manata qədər cərimə edilir.
XS
SM
MD
LG