Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:37

Oqtay Əsədov Mahmud Əhmədinejadla görüşüb


Tehranda səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədov İran prezidenti Mahmud Əhmədinejadla görüşüb.

Əhmədinejad görüşdə deyib ki, heç bir amil İranla Azərbaycan arasındakı münasibətlərə təsir göstərə bilməz.

Əhmədinejad əlavə edib ki, İran həmişə Azərbaycanın təhlükəsizliyini və inkişafını dəstəkləyib.

"Bu gün iki ölkə arasında münasibətlərin daha da yaxşılaşması üçün geniş proqramlar mövcuddur. Rəsmi Tehran viza rejimini birtərəfli qaydada ləğv edib və bu, İranın Azərbaycan xalqına hörmətini göstərir", - deyə Əhmədinejad vurğulayıb.

Öz növbəsində Oqtay Əsədov iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
XS
SM
MD
LG