Keçid linkləri

CƏRİMƏLƏR NƏ QƏDƏRDİR: bütün növ qayda pozuntularına görə cərimələrin miqdarı


Bir neçə il əvvəl Dövlət Yol Polisinin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilib. Dövlət Yol Polisinin rəsmi internet saytında yerləşdirilmiş məlumata əsasən həmin dəyişikliklərdən sonra yol hərəkəti qaydalarının pozulmasına görə cərimələein miqdarı aşağıdakı qaydadır:

(Şərti maliyyə vahidi 1.1 manatdır – red.)

Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması

151.4. Bu Məcəllənin 151.2-ci, 151.3-cü və 156-cı maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bil il ərzində 10 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

151.5. Bu Məcəllənin 151.1-151.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidinin yüz mislindən yüz qırx mislinədək (110 manatdan 154 manatadək) miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

Maddə 152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi

152.4. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidinin yüz qırx mislindən yüz səksən mislinədək (154 manatdan 198 manatadək) miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Maddə 152-1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

152-1.3 . Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 10 bal toplanmasına görə - nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılır.

152-1.4 . Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - Nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin yüz yetmiş mislindən iki yüz mislinədək (187 manatdan 220 manatadək) miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Maddə 152-2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

152-2.2. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək (220 manatdan 330 manatadək) miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

152-2.3. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən dörd yüz mislinədək (330 manatdan 440 manatadək) miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Maddə 152-3. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi

Maddə 152-4. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verilməsi

Maddə 152-5. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi

153-cü maddə üzrə: 153.1-ci maddənin sanksiyasında "üç" sözü "on" sözü ilə əvəz edilsin;

Maddə 153. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması

153.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.1.1. piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsinə;

153.1.2. yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə;

153.1.3. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;

153.1.4. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə

* 11 manat miqdarında cərimə edilir.


153.2. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmağa görə

* 6.6 manatdan 11 manata qədər cərimə edilir.


153.3. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.3.1. svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsinə;

153.3.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;

153.3.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

153.3.4. sükanı tutmadan idarə edilməsinə;

153.3.5. nasaz, müəyyən olunmuş qaydada təchiz edilmədən velosipeddən istifadə etməyə;

153.3.6. piyadaların hərəkətinə maneə yaradılmasına;

153.3.7. üstün hərəkət keçidi olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə

* 22 manatdan 44 manata qədər cərimə edilir.


153.4. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürənlər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

153.4.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına;

153.4.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarda ötürülməsinə;

153.4.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;

153.4.4. at arabalarını (kirşəni) idarə edərkən svetofor və ya nizamlayıcının işarələrinə, habelə yol nişanları və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;

153.4.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarının, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə

* 22 manatdan 44 manata qədər cərimə edilir


153.5-ci maddə üzrə: Maddənin dispozisiyasında "153.1-153.4.5-ci" sözləri 153.3-cü və 153.4-cü" sözləri ilə əvəz edilsin; Maddənin sanksiyasında "beş mislindən on mislinədək" sözləri " əlli mislindən yetmiş mislinədək" sözləri ilə əvəz edilsin;

153.5. Bu Məcəllənin 153.3-cü və 153.4-cü maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsindən sərxoş vəziyyətdə törədilməsinə görə

* 55 manatdan 77 manata qədər cərimə edilir


153.6. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - 88 manatdan 110 manatadək cərimə edilir;

Maddə 154. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi qaydalarının pozulması


Maddə 155. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması

155.4 "Bu Məcəllənin 155.1.1-155.1-6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək (44 manatdan 66 manatadək) miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə mədudlaşdırılır."

Maddə 156. Sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması

Maddə 157. Nəqliyyat vasitəsi sahibinin öz mülki məsuliyyətini üçüncü şəxs qarşısında sığortalamaması

Maddə 158. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması

Maddə 159. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması

Maddə 160. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi


Maddə 161. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması


Maddə 163. Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

Maddə 164. Avtomobil yollarında hərəkət təhlükəsizliyi qaydalarının pozulması

Maddə 165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması

Maddə 296-1. Avtoxuliqanlıq

Avtoxuliqanlıq - Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayət olunan qərəzli hərəkətlərə görə -

- nəqliyyat vasitələrinin idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən altı yüz mislinədək miqdarda (440 manatdan 660 manatdək) cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

Maddə 296-1.2.
Eyni hərəkətlərin il əzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
nəqliyyat vasitələrinin idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən səkkiz yüz mislinədək miqdarda (660 manatdan 880 manatdək) cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ

- bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Maddə 406. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi

406.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

406.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi və ya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

406.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda, və ya nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə;

406.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

406.1.4. dayandırılmış nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə;

406.1.5. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda.

406.1.6. Nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrində qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə nəqliyyat vasitəsi, müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları aradan qaldırmaq mümkün olmadıqda.

Maddə 412. İnzibati xəta haqqında protokolun tərtib edilmədiyi hallar

412.1. Törədilmiş inzibati xətaya görə inzibati tənbeh növü kimi xəbərdarlıq tətbiq edildikdə və ya inzibati cərimənin miqdarı şərti maliyyə vahidinin iyirmi mislindən artıq olmadıqda, inzibati xəta haqqında protokol tərtib edilmir. Belə hallarda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta törədilən yerdə inzibati cərimə alınır və ya xəbərdarlıq rəsmiləşdirilir.

412.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə və ya tətbiq edilən tənbeh növü ilə razılaşmadıqda, yaxud inzibati xəta törədilən yerdə inzibati cəriməni ödəməkdən imtina etdikdə inzibati xəta haqqında protokol tərtib edilir.

Maddə 414. Protokolun (prokurorun qərarının) baxılması üçün göndərilməsi

414.1. İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.

414.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir.

XS
SM
MD
LG