Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:53

ULU ƏCDADIMIZ BİZİM DİLİ BİLİRDİ?
Yəqin ki, dünyada ket dilinin də olduğundan çox az adamın xəbəri var. Bu dildə indi dünyanın yalnız bir yerində - Sibirin Mərkəzində Yenisey vadisində danışırlar, həm də onların sayı cəmi 200 nəfərdir.

Amma başqa dillər kimi ket dili də bənzərsizdir olduqca mürəkkəb qramatik quruluşu var. Alimlər bu cür balaca dillərin qorunub saxlanması sivilizasiya üçün olduqca mühüm hesab edilir.

Niyə? Bu sualın cavabını Harvard Universitetini bitirmiş dilçi alim və Məhv olmaq Təhlükəsi ilə üzləşmiş Dillər İnstitununun direktoru Qreqori Anderson belə bir bənzətmə ilə cavab verir:

- Təsəvvür edir ki, hansısa ulu əcdadınızı yuxuda görürsünüz, onunla hansı dildə danışacaqsınız? Böyük ehtimalla o, indi sizin danışdığınız dili heç başa düşmür. Beləliklə də balaca dilləri danışan adamların öz tarixləri ilə əlaqəsi tam kəsilir.

Sibirdə ket dilində danışan Sulomai kəndinin sakinləri

Qreqori Anderson sanki Ket xalqının vəziyyətini izah edir. Yeni araşdırmalara görə, ola bilər ki, ket dili Navajo kimi qədim Amerika dillərinin uzaq qohumudur. Əgər bu nəzəriyyə doğrudursa, onda ket dilinin öyrənilməsi buz körpüsü ilə Asiyadan Amerikaya insan köçünün tarixini də öyrənməyə imkan verə bilər.

Bu cür əhəmiyyətinə baxmayaraq, balaca dillər hazırda sürətlə sırdan çıxmaqdadır.


QISA BİR DİL STATİSTİKASI

  • Hazırda dünyada mövcud olan 6700 dilin yalnız beş faizindən fəal istifadə edilir və yaxşı sənədləşdirilib.
  • ABŞ-dakı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) məlumatına görə dünyada hər 14 gündə bir dil sıradan çıxır. Bu gedişlə də 2100-cü ilə qədər daha 3500 dil məhv olacaq.
  • Hazırda mövcud olan dillərdən 28 faizində cəmi 1000 nəfərə qədər adam danışır. Bu da o deməkdir ki, həmin 28 faiz son dərəcə təhlükə altındadır.
  • Əfqanıstandakı tirahi dilində cəmi 100 adam danışa bilir. Ermənistandakı lomavren dilində danışanların sayı isə cəmi 50 nəfərdir.
  • Hazırda məhv olmaq təhlükəsi altında olan dillərin əsasən Yeni Qvineya, Qafqaz və Sibir zonalarında olduğunu deyirlər.


Problemi gündəlikdə saxlamaq üçün BMT-nin Elm və Təhsil Təşkilatı - UNİESCO 1999-cu ildə fevralın 21-ni Ana Dili Günü elan edib. Bir dilin məhv olması prosesini öyrənən alimlər çox sayda səbəb gətirirlər. Amma səbəblər siyahısının başında iqtisadi amillər göstərilir.

Məhv olmaqda olan Dİllər İnstitunun əməkdaşı K. David Harrison (aşağı sağ küncdə) Orta Çulım dilində danışan İvan Skoblin (solda) və Vasiliy Gabovla danışıb bu dili lentə alır.


Yenə Qreqori Anderson:
- Ən başlıca səbəb iqtisadi fəallıqdır. Sayca çox olan etnik qrup daha iqtisadi fəal olur və onların dilləri üstünlük təşkil edir. Ona görə də sosial-iqtisadi inkişaf dilin də inkişafı üçün əsas sayıla bilər. İnsanlar iqtisadi ieararxiyaya çox həssas olurlar. Əgər hansısa dildən imtina etməklə bu ieararxiyaya düşmək mümkündürsə, insanlar bu yolu seçirlər.

Dillərin yaşamasında siyasətçilər də olduqca böyük rol oynayırlar. Dominant millət nümayəndələri yalnız öz dillərində danışanları irəli buraxırsa, bu, başqa dillərin ölümü dümək olur.

Azərbaycanda da azsyalı xalqların dillərinin qorunması zərurəti zaman-zaman gündəmdə olub. Yerli alimlər xüsusilə budux, tat, rutul, talış, saxur, xınalıq, udin, cuhur, kilit, krız dillərinin getdikcə məhv olmaq təhlükəsi qarşısında olduğunu deyirlər.

BALACA DİLİ NECƏ QORUMALI?

Alimlər bildirirlər ki, bu, təkcə dilçi alimlərin bacara biləcəkləri bir iş deyil. Bu dillərdə söhbətlərin audio və video ilə yaddaşa köçürülməsi, qramatik quruluşunun, lüğət tərkibinin heç olmasa bir qisminin sənədləşdirilməsi lazımdır. Buna da alim savadı ilə yanaşı o qədər də az olmayan məbləğdə pul da lazımdır.


DİL NİYƏ ÖLÜR?

Tacikistanda Yağnobi çayı sahilində Yağnobi dilində danışan çox az adamdan biri

Balaca dilin necə qorunub dirçəldilməsinə nümunə də var. Böyük Britaniyada məhv olmaq təhlükəsi ilə üzləşmiş vels dili dövlətin yardımı ilə yenidən canlandırıldı və artıq bu dildə danışanların sayı minlərlədir.

Hazırda kiçik dillərin qorunması işlərinə pul verən əsas təşkilat Britaniyadakı Hans Rausing Məhv olmaq Təhülkəsi ilə Üzləşmiş Dillər Layihəsidir. Bu qurum ildə dillərin qorunması layihəsinə 2 milyon dollar qrant verir. Həmin təşkilat indiyə qədər 150 dilin sənədləşdirilməsinə nail olub. Almaniyanın Volkswagen avtomobil şirkəti də son 10 ildə 80 dilin sənədləşdirilməsinə maliyyə ayırıb. Bundan başqa, ABŞ-dakı Milli Elm Fondu da bu sahədə layihələri maliyyələşdirir.

Alimlər bildirirlər ki, pul və ictimai təşəbbüslər məhv olmaqda olan dillərin saxlanmasına, bəzi hallarda yenidən dirçəldiməsinə imkan verə bilər.

Azərbaycan dilinin lüğət tərkibi haqqında Bakıda keçirdiyimiz bir videosorğuya baxin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG