Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:58

«Azərbaycan ABŞ üçün son dərəcə önəmli ölkədir»


Ərəstun Oruclu və Mais Güləliyev

Ərəstun Oruclu və Mais Güləliyev

Bu həftə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyams Börns Azərbaycana səfər etdi. Onun dövlət rəsmiləri və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşləri oldu.

Uilyams Börnsin səfəri kontekstində politoloq Ərəstun Oruclu və Yaşıllar Partiyasının sədri Mais Güləliyev «Panorama» verilişində ABŞ-Azərbaycan münasibətlərini dəyərləndirir.

Ərəstun Oruclu:

«Cənubi Qafqaz bu gün böyük geosiyasi mübarizə meydanıdır. İndiki mərhələdə artıq Azərbaycan hökmən xarici siyasət prioritetlərində seçim etməlidir. Mənim məntiqim sadədir: 200 ilə yaxın bir dövrdə Rusiyanın Azərbaycana verdiyi «töhfələri» biz hələ 200 il də çəkəcəyik. Bir dəfə batdığımız bataqlığa bir də batmağına dəyərmi? Ölkədəki vəziyyətə görə isə Amerikanı qınamaq düz deyil. Əksər hallarda avtoritar, totalitar hakimiyyətlər öz ölkələri üçün çox neqativ rol oynayırlar. Cəmiyyətdəki alternativliyi aradan qaldırırlar, monopoliyalaşma, ölkənin sərvətlərini sektorlara bölmə baş verir. Bunu amerikalılarmı edir? Yox, bu, yerli özfəaliyyətdir».

Mais Güləliyev:

«ABŞ-ın marağı naminə region ölkələri ilə konfliktlərə getmək lazım deyil. Vətəndaşın mənəvi, fiziki təhlükəsizliyi inteqrasiyada, neytrallıqda, yoxsa müstəqillikdədir? Azərbaycan bunu aydınlaşdırmalıdır... 10 min kilometrlərlə uzaq olan Amerikaya təhlükəsizlik məsələsində ümid etmək çox yanlış siyasətdir. Rusiya və İranla münasibət Azərbaycanın mənəvi və fiziki təhlükəsizliyi üçün ciddi amildir. Bunu heç vaxt yaddan çıxarmaq olmaz»...

HƏMÇİNİN OXU:

ABŞ-la isti münasibətlərin soyuq tərəfləri…

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG