Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:39

Kumaritaşvili doğma Bakuriani şəhərində torpağa tapşırılıb


Bu gün Gürcüstanda Vankuverdə ölmüş xizəkçi Nodar Kumaritaşvilinin dəfn mərasimi olub.

O Vankuverdə keçirilən Olimpiya oyunlarına bir neçə saat qalmış məşq zamanı ölmüşdü.

Kumaritaşvili doğulduğu Bakuriani şəhərində tprpağa tapşırılıb.

Matəm mərasimində Gürcüstan prezidenti Mixeil Saakaşvili də daxil olmaqla yüzlərlə adam iştirak edib.

Şəhərdəki bir küçə və bir neçə məktəbə onun adı verilib.

Həmçinin Gürcüstan prezidenti şəhərdə onun adına İdman-Xizək -Kompleksi tikiləcəyini vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG