Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:48

Timoşenko şikayətini geri götürür


Ukraynaın baş naziri Yuliya Timoşenko prezident seçkilərinin nəticələri ilə bağlı şikayətini geri götürür.

Timoşenko bu gün məhkəmədə bildirib ki, məhkəmə bir sıra seçki məntəqələrində orjinal sənədlərin götürülməsi də daxil olmaqla bir sıra vəsadətləri rədd etdiyinə görə prosesi mənasız sayır.

Timoşenko seçkinin birinci günü milyon yarımdam çox bülletenin saxtalaşdırıldığını deyib.

Fevralın 7-də elan edilmiş rəsmi nəticələrə görə Ukraynada keçirilmiş prezident seçkilərində Regionlar Partiyasının lideri Viktor Yanukoviç qalib gəlib.

O rəqibi Timoşenkodan təxminən 900 min səs artıq toplayıb.
XS
SM
MD
LG