Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:13

Polislə qarşıdurmaya görə daha bir dindar həbs olundu


Fevralın 13-də polislə qarşıdurmaya görə daha bir islamçı - Bilal Əhmədov barəsində 2 aylıq həbs qərarı çıxarılıb.

Bu barədə «Turan»a Yasamal rayon Prokurorluğundan bildiriblər.

Bilal Əhmədov əvvəlcə şübhəli şəxs qismində saxlanılmışdı. Fevralın 18-də isə ona qarşı 221.3-cü (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Fevralın 13-də 100-ə yaxın dindar Məhəmməd peyğəmbərin (s.) vəfatı günü ilə əlaqədar Şəhidlər Xiyabanına yürüş etmək istəyib, amma polis onları saxlayıb. Nərimanov heykəli yaxınlığında qarşıdurma baş verib, nəticədə xəsarət alanlar olub. 10-a yaxın insan bir neçə gün müddətinə həbs edilib. 4 nəfər barəsində isə 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Saxlanılanlar 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG