Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:39

Azərbaycanda məhbus 9 gündür ki,aclıq edirmiş


Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı və Bakı İstintaq təcridxanalarına baxış keçiriblər.

Baxış zamanı məlum olub ki, 3 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Elxan Nəsrullayev Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin onun barəsində çıxardığı hökmə etiraz olaraq 9 gündür ki, aclıq aksiyası keçirir.

Bu barədə APA agentliyi Aparatın mətbuat xidmətinə istinadla xəbər verir.

Aparatın əməkdaşları müəssisənin həkimi ilə görüşərək Elxan Nəsrullayevin səhhətinin diqqətdə saxlanılmasını tapşırıblar.

Bundan başqa Bakı İstintaq Təcridxanasında saxlanılan bir neçə şəxs hüquqlarının pozulması, barələrində aparılan istintaqın qeyri-obyektivliyi və çıxarılmış məhkəmə hökmlərindən narazılıqlarını bildiriblər.

Ombusdman Aparatının əməkdaşları onlara müvafiq məsləhətlər verib və gördükləri barədə müvafiq qurumlara müraciət ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG