Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:07

Avropa Məhkəməsi şikayət seli ilə üzləşib


Avropa Şurası fevralın 19-da Avropa İnsan Haqları Məhkəməsinin yarımçıq qalmış məhkəmə prosesləri probleminin həlli üçün fəaliyyət planı təsdiq edib.

47 üzv ölkənin nazirləri adından verilən bəyanatda bildirilir ki, on minlərlə iddia məhkəmədə baxılmasını gözləyir. Və bu problemin həlli üçün təcili tədbirlər görüşləməsi lazımdır.

Avropa İnsan Haqları Məhkəməsindən verilən məlumata görə keçən il onlara 119300 təcili baxılmalı olan şikayət gəlib. Bu da 2008-ci ildən 23 faiz çoxdur.
İddiaların yarıdan çoxu dörd ölkədən – Rusiya, Türkiyə, Ukrayna və Rumıniyadan gəlib.

Amma üzv ölkələr hələlik məhkəməyə əlavə maliyyə ayrılması barədə heç bir təklif verməyiblər. Onlar yalnız məhkəmənin daxili strukturunda və işlərə baxma mexanizimində yeniliklər edilməsini istəyiblər.
XS
SM
MD
LG