Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:51

Rusiya köhnəsini satıb yeni maşın alanlara güzəşt verməyi planlaşdırır


Rusiya öz maşınlarının satılması üçün Almaniyanın təcrübəsindən istifadə etməyi planlaşdırır. Bu barədə İqtisadiyyat naziri Elvira Nabiullina fevralın 19-da Moskvada almaniyalı həmkarı Rainer Bruederle ilə görüşdə bildirib.

Nazirin dediyinə görə doqquz ildən qoca maşınını istismardan çıxarıb yenisini alan adama Almaniya hökuməti 2500 avro güzəşt edir. İndi Rusiya da avtomobil sənayesini dirçəltmək üçün bu üsuldan istifadə etməyi planlaşdırır. Nazirin dediyinə görə Rusiya da yeni maşın alanlara bu formada bir güzəşt təklif edə bilər.

Nazir kimi ilk dəfə Moskvada səfərdə olan Bruederle isə qonaq olduğu ölkəni tənqid edib. O bildirib ki, Rusiya ixrac tarifləri və xarici maşınlara yüksək vergilər tətbiq etməklə himayədarlıq siyasəti aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG