Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:10

ABŞ dövlət katibinin müavini Azərbaycanı tərk etdi


«Amerikanın Azərbaycanla çox güclü tərəfdaşlıq əlaqələrini yaratmağa dair olan niyyəti heç vaxt dəyişməyib».

Bu fikirləri Azərbaycana səfərini başa vuran ABŞ dövlət katibinin müavini Uilyam Berns hava limanında bəyan edib.

Sonuncu dəfə Bakıda 1992-ci ildə olduğunu və o vaxtdan Azərbaycanda və dünyada çox şeylərin dəyişdiyini deyən cənab Berns bildirib ki, dəyişməyən yalnız Amerikanın Azərbaycanla çox güclü tərəfdaşlıq əlaqələrini yaratmağa dair olan niyyətidir.

ABŞ-ın dövlət katibinin müavini Uilyam Berns prezident İlham Əliyevlə çox müsbət və intensiv müzakirələr apardığını deyib.

O, İlham Əliyevlə görüşdə iki ölkə arasındakı əməkdaşlığın nə yolla dərinləşdirilməsi məsələlərinə də toxunulduğunu deyib. O bu dərinləşmənin hər iki ölkənin maraqlarına qulluq etdiyini bildirib.

Uilyam Berns vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşünə də toxunub. Bir daha Azərbaycana dönmək ümidində olduğunu deyən Berns iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG