Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:41

«İndiki gənclər daha praqmatikdirlər»


Rəşad Şirin
«90-cı illərin əvvəlindəki gənclik Azərbaycanda demokratiya və azadlıq yolunun bu qədər çətin olacağını təsəvvür etmirdi».

Politoloq Rəşad Şirin «İşdən sonra»da gənclər və azadlıq haqqında danışarkən belə deyib. Onun sözlərinə görə, Azərbaycanda azadlıqlarla bağlı vəziyyət fərqli olduğundan xüsusən xaricdə yaşamış gənclər oradakı azadlıqları Azərbaycanda yaşaya bilmirlər.

Bəs 90-cı illərin gəncliyi müasir gənclikdən nə ilə fərqlənir?

Rəşad Şirin deyir ki, 90–cı illərin əvvəlindəki gənclik daha romantik və emosional idi:

«İndiki gənclik isə dünyanın necə yönəldiyini, hansı güclər tərəfindən idarə olunduğunu daha yaxşı bilir. Bugünkü gənclər daha praqmatikdir».

Verilişin digər qonağı, «Dalğa» Gənclər Hərəkatının üzvü Ramin Hacılı isə hesab edir ki, insanlar bu gün azadlığa daha meyllidirlər:

«Azərbaycanda yaşayan insanlar bir əsr bundan əvvəl azadlığın arxasınca gedib, azadlığın olduğu dövlət qurublarsa, «bu insanlar savadlanıb azadlıqdan imtina etdi» demək axmaqlıq olardı. 2005-ci ildə Azərbaycanda yeni təbəqə - azadlıqlarını anlayan və bunu bəyan edən gənc ziyalılar yarandı».

PROQRAMI DİNLƏYİN.

Şərhləri göstər

XS
SM
MD
LG