Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:49

Qaçqına kim qaz verməlidir?


Sakinlər hələ ən azı 2013-cü ilə qədər gözləməli olacaqlar

Sakinlər hələ ən azı 2013-cü ilə qədər gözləməli olacaqlar

«Getmişəm qaz idarəsinə deyir ki, Laçında qaz yandırırdın ki, gəlib burda qaz davası edirsən?».

Bunu Binəqədi rayonunun 28 May qəsəbəsində məskunlaşan məcburi köçkün Siyatel Əliyeva deyir. O, burada qaz üzünə həsrət qalan 500 ailədən birini təmsil edir. Sakinlər özləri ilə qeyri-insani rəftar edildiyini iddia edirlər:

«HEÇ ERMƏNİLƏR BİZİ ELƏ ÇIXARMAMIŞDILAR»

«1993-cü ildən Xırdalanda məskunlaşmışdıq. 2009-cu ildə Azərbaycanın məmurları bizi ordan bir vəziyyətdə çıxardılar ki, heç ermənilər bizi elə çıxarmamışdılar».

«Bizi köçürüblər bura, orda da villa, bina tikiblər. Bizi bura köçürəndə dedilər ki, sizin üçün hər bir şərait yaradılacaq».

«Prezident seçkiləri ərəfəsində bizə vəd verdilər ki, qaz, su, işıq, yol, telefon – bütün problemləriniz həll olunacaq. Prezident seçkilərindən sonra bizi heç kabinetlərinə yaxın da buraxmırlar».

«ZİBİLXANADAN TAXTA YIĞIB YANDIRIRAM»

Sakinlər indi ən əsas problemlərinin qazsızlıq olduğunu deyirlər. Evlərinə qazın çəkilməsi əvəzində isə adambaşına 300 manat tələb olunur.

«Getdik qaz idarəsinə müraciət elədik, adambaşına 300 manat pul istəyirlər».

«Zibilxanadan, yoldan taxta-tuxta tapıb yandırıram. Vəziyyətimizlə nə bələdiyyə, nə icra hakimiyyətindən
Qaz yoxdur deyə, sakinlər ağacları kəsirlər
maraqlanan var».

2013-CÜ İLİ GÖZLƏYİN...

«AzəriQaz»-ın mətbuat xidmətinin rəisi Kamandar Eyvazlı vətəndaşlardan qaz çəkmək üçün 300 manat tələb edənlərə haqq qazandırır:

«Hələ az istəyiblər. Öz qiyməti 200 manatdan çoxdu. 2013-cu ilə qədər biz bütün vətəndaşlara qaz çəkəcəyik. O vaxta qədər gözləyirlər, gözləsinlər. Əks halda, qaçqınlar müraciət etsin «Qaçqınkom»a, o biri vətəndaşlar da evinin sənədi varsa, müraciət eləsin qaz idarəsinə, texniki şərt sənədi alıb evinə qaz çəkdirsin».

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəisi Sənan Hüseynov isə deyir ki, məcburi köçkünlərin qazla təmin olunması birbaşa «AzəriQaz»ın işidir:

«Qazla təminat işi birbaşa «AzəriQaz»ın üzərinə düşür. Bizim işimiz məcburi köçkünlərin kommunal xərclərini bu idarələrə köçürməkdən ibarətdir».

QAZI KİM VERSİN?

Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov isə deyir ki, məcburi köçkünlərin bütün problemləri
Qaz kəməri məntəqənin yaxınlığından keçir
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən həll olunmalıdır:

«Qazla təmin eləmək üçün sifarişçi olmalıdır. «QaçqınKom» bunların bütün problemlərini həll edirsə, onlara humanitar yardım göstərirsə, kommunal şəraitlərini də nizamlamalıdır. Sifarişçi «QaçqınKom»dursa, onların qaz, işıq, su və bütün problemlərini həll etməlidirlər. Əgər bələdiyyədən torpaq alıblarsa, sənədləri təqdim etməlidirlər, «AzəriQaz»a isə 62 manat dövlət rüsumu ödənməlidir».

Nüsrət Qasımovun sözlərinə görə, əgər qaz çəkilişi zamanı vətəndaşlardan 62 manatdan çox vəsait yığılırsa, bu artıq rüşvət sayılmalıdır.

Görünür sakinlər hələ ən azı 2013-cü ilə qədər gözləməli olacaqlar.

Şərhləri göstər

XS
SM
MD
LG