Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:44

Nikola Sarkozi Mehriban Əliyevaya məktub göndərib


Fransa prezidenti Nikola Sarkozi Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məktub göndərərək onu “Şərəf Legionu” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.

Sarkozi yazır ki, Sizin, zabit rütbəsində “Şərəf Legionu” ordeni ilə təltif edilməniz haqqında sərəncam imzalamışam: “Öz şəxsi orden fondumdan Sizi təltif etməyi qərara aldığım bu məşhur mükafat ölkəmizə göstərdiyiniz xidmətlərin keyfiyyətinə və ona münasibətdə nümayiş etdirdiyiniz sədaqətə görə olan mükafatdır”.

AzərTac informasiya agentliyi yazır ki, Mehriban Əliyeva da Nikola Sarkoziyə cavab məktubu yazaraq ona minnətdarlıq edib. Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan-Fransa arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində səylərini bundan sonra da əsirgəməyəcək.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu keçən il Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə 40 min avro yardım edib. Bu Fond həmçinin Versal sarayında nümayiş etdirilən iki abidənin də bərpasına maliyyə yardımı göstərib.

Bu yaxınlarda məlum oldu ki, Azərbaycan Luvr muzeyində də xalçalar kolleksiyasının bərpasına bir milyon avro ayırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG