Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:16

Çin ABŞ-dakı səfirini geri çağırıb


Prezident Barak Obamanın Tibetin mənəvi lideri Dalay Lamanı qəbul etməsinə etiraz olaraq, Pekin Vaşinqtondakı səfirini geri çağırıb.

Çinin Xarici İşlər naziri bildirib ki, Dalay Lamanı qəbul etməsi ABŞ prezidentinin Tibetin Çinin tərkib hissəsi olması barədə dəfələlər təkrar etydiyi fikirlərə ziddir. Nazir bunu həmçinin Ağ Evin Çinin daxili işlərinə qarışması kimi qiymətləndirib.

Çinin Xarici İşlər nazirinin müavini də ABŞ-ın Pekindəki səfiri ilə görüşərək etirazını çatdırıb.

Çin hökuməti Dalay Lamanı Tibetdə separatçılığı qızışdırmaqda ittiham edir. Dalay Lama isə regiona yüksək muxtariyyət tələb etdiklərini deyir.

Dünən Barak Obama Ağ Evdə Dalay Lamanı qəbul edib. Obama Tibetin nadir dini və mədəniyyəti, habelə tibetlilərin hüquqlarının müdafiəsinə ciddi dəstək nümayiş etdirib. Dalay Lama görüşdən məmnun qaldığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG