Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:36

Polşalı jurnalistlər Gəncədə təlim keçir


Fevralın 17-dən etibarən polşalı jurnalistəlr yerli mətbuat nümayəndələri üçün 9 günlük təlim kurslarına başlayıblar.

Bu haqda məlumat verən, təlimlərin təşkilatçısı - «Gənc Liderlər» Təlim-Təhsil İnkişaf İçtimai Birliyinin sədr müavini Səbinə Ələkbərova bildirib ki, layihə çərçivəsində 3 müxtəlif seminar-«Beynəlxalq jurnalistika standartları və etika» (3 günlük), «Necə yaxşı fotomüxbir olamaq olar?» (2 günlük), «KİV-lərdə piar işinin təşkili» keçiriləcək. Təlimləri beynəlxalq trenerlər - «Tygodnik Podhelenski» qazetinin foto-müxbiri Jozef Fiqura və «Quareq» qazetinin redaktoru Yoraslav Muslivski aparırlar.

Seminar Polşanın «Manopolski» təşkilatı ilə birgə həyata keçirilən layihə əsasında formalaşıb. Həmçinin bu layihə Polşanın Təhsil və Demokratiya Fondu tərəfindən «Rita» proqramı üzrə maliyyələşdirilir.

XS
SM
MD
LG