Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

Fermerlərə verilməli olan subsidiyalar gecikir


Bu barədə məlumatı Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov verib. Onun sözlərinə görə, ötən ilin payızında fermerlərə taxıl əkini üçün verilməli olan hektara 40 manat vəsait çatdırılmayıb:


«Vəsaitin gecikməsi məhsuldarlığı 20 faizədək aşağı salacaq. Bu aralarda artıq taxılı suvarmaq və gübrələmək lazımdır. Bunun üçün isə vəsait gərəkdir. Fermerlər subsidiyalarını ala bilmədikləri üçün gübrələmə və suvarma kimi aqrotexniki tədbirləri görməkdə gecikir. Son nəticədə bu il məhsuldarlıq aşağı düşücək».

Z.Abbasov deyir ki, bütün kənd üzrə təsərrüfat subyektlərinin siyahısı hazırlanaraq rayon icra hakimiyyətlərinin müvafiq orqanlarına göndərilib. Oradan isə məlumatlar Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib.

Ziyad Abbasov ötən illərdə qərb bölgəsində maliyyə ilə əlaqədar təsərrüfat subyektlərində heç bir problemin yaranmadığını qeyd edib.


İdarə rəisinin sözlərinə görə, ötən ilin payızında Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin əhatə etdiyi rayonlarda 10 mindən çox təsərrüfat subyekti tərəfindən 30 min hektara yaxın sahədə taxıl əkilib. Bu isə 1 milyon 200 min manat vəsait edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG