Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:46

İşləməyən liftlər təmir ediləcək


Hündürmərtəbəli binalarda 58 lift təmir, 10-u isə yenisi ilə əvəz olunacaq.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədov bildirib ki, icra işlərini tenderdə qalib gələn «Qafqaz Holdinq» MMC həyata keçirəcək. Liftlərin təmiri işlərinə 250 min manat, yenilərinin alınıb, quraşdırılmasına isə 200 min manat vəsait ayrılıb.

Zahid Məmmədovun sözlərinə görə, təmir və yenidənqurma işlərinə yaxın günlərdən başlanılacaq.

«Qafqaz Holdinq» MMC 2007-ci ildə də tenderdə qalib gələrək, Gəncədə 43 lifti təmir edib.

Gəncə şəhərində ümumən 190 lift var.

Liftlərin cari təmirinə il ərzində şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən cəmi 40 min manat pul ayrılır. Əhalidən isə ayda adambaşına 20 qəpik ödəniş haqqı toplanır ki, bunun da yığımında problemlər var.
XS
SM
MD
LG