Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:30

Neft Akademiyasından xaric edilən tələbə ilə bağlı aksiya keçirilib


Neft Akademiyasından xaric edilən tələbə Elmin Bədəlovun hüquqlarını müdafiə komitəsi fevralın 19-da Akademiya qarşısında aksiya keçirib. Gənclər Neft Akademiyasından xaric edilən 4-cü kurs tələbəsi Elmin Bədəlovun yenidən imtahan verməsi üçün imkan yaradılmasını və ya onun Akademiyaya bərpa olunmasını tələb ediblər. «Azad və güclü təhsil naminə», «Haqsızlıq bizə çatmamış onu durduraq» və s. şüarlarla keçirilən aksiyada əlində dollar şəkli tutan gənclər «Elmin bu pula qurban gedib» şüarını da səsləndirib.

Aksiya iştirakçıları bildiriblər ki, Elmin Bədəlov Akademiyadakı rüşvət və korrupsiya hallarından yazdığına görə cəzalandırılıb.

Neft Akademiyasından çıxan müəllimlərin hamısı aksiya iştirakçıları ilə təmasdan və onların suallarına cavab vermək yayınıblar. Gəncləri Akademiya rəhbərliyində də qəbul edən olmayıb.

Elmin Bədəlov bu ilin yanvarında Neft Akademiyasından xaric edilib. Dekan Qasım Məmmədov tələbənin üç imtahandan kəsiri olduğu üçün Akademiyadan xaric olunduğunu bildirib. Elmin Bədəlov isə bununla razılaşmır. O, Akademiyadan xaric edilməsini oxuduğu təhsil ocağındakı rüşvət və digər qanunsuzluqlar barədə yazılar yazmasıyla əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG