Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:45

Dərmanların qiyməti iki dəfə bahalaşacaq


«Müsavat»:

Dərmanların qiyməti iki dəfə bahalaşacaq

«Yeni Müsavat»a məlumat verən səhiyyə sistemindəki mənbə qeyd edir ki, hazırda ölkəyə dərman gətirmək istəyən iş adamları lisenziya almaq üçün azı, 50 min manat rüşvət verməlidirlər:

«Halbuki ölkəyə dərman gətirmək üçün verilən lisenziyanın qiyməti 1500 manatdan baha deyil. Amma bunun üçün sahibkarlardan çoxlu sənəd və 50 min manat rüşvət tələb olunur. Özü də bu, heç də o demək deyil ki, kimsə Azərbaycana istədiyi qədər dərman idxal edə bilər».

Aldığımız məlumatlarla bağlı Səhiyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq, amma buna nail ola bilmədik.

«Azərbaycan»:

Hövsanın «yazılmamış qanunları» əhalini təhlükə ilə üz-üzə qoyub

Aparılan təhlillər göstərir ki, yüksək gərginlikli elektrik xətlərinin altında, eləcə də neft və qaz kəmərlərinin üzərində qeyri-qanuni tikilmiş obyektlər qabaqlayıcı-profilaktik tədbirlərin həyata keçirilməsinə əngəl yaradır.

Oqtay Şabanov küçəsinin sakinləri Hövsan bələdiyyəsinin onlara biganəliyindən şikayətləndilər. Qəsəbə sakini Kəmaləddin Abbasova məxsus şəxsi evin həyətindəki yüksək gərginlikli elektrik xətləri onun və qonşularının həyatı üçün hər an böyük təhlükə yaratsa da, sakinlərin burada yaşamaqdan başqa əlacları yoxdur.

Neçə ildir burada məskunlaşdıqlarını deyən digər sakinlər də bildirdilər ki, aidiyyəti qurumların fəaliyyətsizliyi və yol verdikləri qanunsuzluqlar üzündən onların şəxsi evlərinin sənədləri belə yoxdur.

«Yeni Azərbaycan»:

Gənc alimlər Avropada təhsil alacaqlar


«Prezident İlham Əliyevin «Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında» imzaladığı Sərəncam nəticəsində ölkədə elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılması, elmi kadr potensialının artırılması və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası sürətlənəcək».

Bu sözləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Dövlət üniversitetinin professoru Şahlar Əsgərov deyib.

Belə ki, bu istiqamətdə «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya2 və «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın hə-yata keçirilməsi üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Sərəncam və digər sənədləri xatırlatmaq olar. Ş.Əsgərov əmin olduğunu bildirib ki, xaricə göndərilən gənc alimlər güclü mütəxəssislər kimi Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG