Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:31

Hələlik 17 ölkənin qızılı var


Kanadanın Vankuver şəhərində keçirilən 21-ci qış olimpiya oyunlarında medal qazanan ölkələrin sayı 25-ə çatıb. Həm qızıl medalların, həm də ümumilikdə medal sayına görə ABŞ idmançıları yenə də birinciliyi qoruyurlar. İndi Amerika idmançılarının aktivində 6-si qızıl olmaqla 18 medal var. Almaniya 3 qızıl medalla siyahıda ikinciliyini hələ də saxlayır. Ötən gün 3-cü yerdə olan Fransanı indi üç qızıl medalla Norveç əvəzləyir, dördüncü yerdə Kanada, 5-ci yerdə Fransadır. Rusiya isə ötən gün bir gümüş medal qazanmaqla 11-ci yerdən bir pillə yuxarı qalxıb. İndiyə qədər Rusiya idmançıları 1 qızıl, iki gümüş və bir bürünc medal qazanıblar. Qış olimpiya oyunlarında 15 idman növü üzrə yarışlar keçirilir.

Vankuverdə keçirilən qış Olimpiya oyunlarında Azərbaycan iki idmançıyla təmsil olunur. Onlarından biri İtaliya, digərisə İsveçrə vətəndaşlarıdır. Onların fevralın 21-də yarışlara qoşulacağı gözlənilir.

Fevralın 12-də start verilən qış olimpiya oyunları fevralın 28-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG