Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:12

Koalisiya qüvvələrinin itkisi artıb


Əfqanıstanın cənubunda koalisiya qüvvələrinin itkisi artır. Talibana qarşı əməliyyatlarda 4 NATO əsgərinin öldürüldüyü bildirilir. Onların 3-ü minaya düşüb, 4-cü güllələnib.

Hərbçilərin milliyyəti açıqlanmasa da, Britaniyanın müdafiə nazirliyi ölənlərin 2-nin britaniyalı olduğunu bildirib.

Bununla da Əfqanıstanın Mərca şəhərində hökumət qüvvəsi bir və koalisiya qüvvələri isə 9 hərbçisini itirib.

Hilmend əyalətində Taliban mövqelərinə qarşı hücum fevralın 13-dən başlayıb.
XS
SM
MD
LG